(25.2.1910, indiki Qax r-nunun Qax ş.) – Azərbaycan genetiki və seleksiyaçısı. Biologiya elmləri doktoru (1964), professor (1965), Azərbaycan Elmlər Akademiyasının akademiki (1950). 1934-40 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini, 1940-54 illərdə Azərbaycan dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq Torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1954-59 illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi), Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri olmuş (1954-70), 1971 ildən həmin institutun direktorudur.
Mustafayevin elmi tədqiqatı yerli buğda, arpa, çovdar və egilopsların toplanması və öyrənilməsinə, yeni məhsuldar sortların yaradılmasına, Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində buğdalarda forma və növlərin əmələgəlmə prosesinin tədqiqinə həsr olunmuşdur.
O, ilk dəfə egilopsların çovdarla çarpazlaşdırılması nəticəsində cinslərarası fertil hibridlər yetişdirmişdir. Mustafayev «Sevinc», «Cəfəri», «Zoğal-buğda», «Arzu», «Gürgənə-1», «Turanikum-186», «Qızıl buğda», «Turgidum-7» və s. sortlar yetişdirmişdir. Bir sıra elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Mustafayevin kadrlar hazırlanmasında böyük xidməti var. Sovet İKP 19-21, Azərbaycan Kommunist Partiyası 17-22-ci qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin (3-5-ci çağırış) və Azərbaycan Ali Sovetinin (4–5-ci çağırış) deputatı olmuşdur. N.İ.Vavilov ad. Qızıl medal, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 3 böyük qızıl medalını almışdır. Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı» ordenləri və medallarla təltif edilmişdir.
Əsərləri: Azərbaycanda buğdanın seleksiyası. B., 1956; Azərbaycanda buğda, çovdar, arpa və egilopsların öyrənilməsi haqqında materiallar, B., 1961; Azərbaycanın buğda kolleksiyası, B., 1962; Azərbaycan bir çox buğda növlərinin vətənidir, B., 1964.
Azərbaycan xalqı əsrlər boyu dünya ədəbiyyatı tarixinə müstəsna xidmətləri olan əvəzsiz simalar bəxş etmişdir. Belə şəxsiyyətlərin vasitəsi ilə Azərbaycanımız dünya mədəniyyəti səhnəsində tanınmış, ölkələrin və xalqların nəzərində yüksəlmiş, onların məhəbbətini qazanmışdır. Xalqımızı, vətənimizi dünya mədəniyyəti səhnəsində tanıdan belə şəxsiyyətlərdən biri də Azərbaycan mətbuatının banisi sayılan Həsən bəy Zərdabidir.
Lənkəranda dünyaya göz açmışdır və Bakıda gimnaziya təhsili almış Səməd Sadıqbəy oğlu Mehmandarov Peterburqda artileriya təmayüllü hərbi məktəbi bitirmişdir.Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir ki, bu da, general-polkovnik rütbəsinə bərabərdir. I Dünya müharbəsi başlanarkən general S.Mehmandarov Varşava ətrafında xdmət edirdi.Onun komandir olduğu 21-ci piyada diviziyası tərkibində dörd alay var idi:81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı, Diviziya komandiri S.Mehmandarovun fitri istedadı nəticəsində Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdir.Visla çayı yaxınlığındakı İvanqorod rayonunda da 21-c diviziya 52-ci piyada diviziyası tərkibində 205-ci Şamaxı və 206-cı Səlyan alayları da var idi.
Şəmsi Əsədullayev Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilirdi. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxudadır.
H.Z.Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuz Muxtarovdur. 


Hacı Zeynalabdin 

