Bütün yaradıcılıqı boyu Azərbaycanın milli mədəniyyətinin zəngin ənənələrindən bəhrələnmiş, əsərlərinin hamısına milli melodiya hopdurmuş R.Hacıyev özünün fərdi, orijinal üslubunu yaratmışdı. Böyük istedada malik olan görkəmli bəstəkar həqiqətən "ürəkdən-ürəyə" yol tapan musiqi yaratmışdı. Təsadüfi deyil ki, "onun həyat janrı" məhz mahnı oldu və bəstəkar musiqi sənətində öz yolunu nəğmələrdə taparaq, ömrü boyu da bu janra sadiq qaldı.
Rauf Hacıyevin ilk müəllimləri musiqi sənətimizin korifeylərindən sayılan K.X.Səfərəliyeva və dahi bəstəkar Ü.Hacıbəyov olmuşlar.1940-cı ildə, 18 yaşında gənc bəstəkar özünün ilk sifarişini - "Tələbələrin kələyi" adlı operettasını yazdı. Bu vaxta qədər onun mahnıları melodikliyi, obrazlılığı və yumoru ilə seçilərək, populyarlıq qazanmışdı. R.Hacıyevin maraqlı bəstəkarlıq yolu beləcə - Üzeyirbəydən musiqi aləminə aldığı "xeyir-dua" ilə başlandı.
R.Hacıyevin digər görkəmli ustadı Qara Qarayev olmuş, konservatoriyada bəstəkarlıq təhsilini ondan almışdır. Məhz belə diqqətli, təcrübəli ustadın səyi nəticəsində R.Hacıyevin bəstəkarlıq istedadı geniş və yüksək peşəkarlıq səviyyəsinə qalxmışdı. O, 150-dən artıq mahnı yaratmışdı: "Mənim Azərbaycanım", "Gənclik valsı", "Yaz gəlir", "Abidə", "Sevgilim", "Bənövşə" və s. bu kimi adlar obraz, xarakter, əhval-ruhiyyənin yüksəkliyindən xəbər verir.
R.Hacıyevin mahnıları həmişə parlaq rənglər harmoniyasına, zərif naxışlı səs palitrasına görə tanınır və sevilir. R.Hacıyevin bəstəkar dəsti-xəttinin yaranması və kristallaşmasında mahnılar onun üçün bir laboratoriya olmuşlar. Digər tərəfdən mahnı bir "tikinti materialı" kimi başqa janrlara sızaraq məşhur ustadın yaradıcılıq zirvəsinin əsasını təşkil etmişdir.
R.Hacıyevin hər operettası - respublikadan kənarda belə maraqlı bir hadisə olmuşdur. Keçmiş ittifaqın neçə-neçə teatrları bunları səhnələşdirmiş və primyeralar çox böyük uğurla keçmişdir. Onların musiqisi koloritinə görə ifadəlidir, milli ritm və melodiyası ilə zəngindir, müasir caz, estrada elementiləri ilə xalq musiqisinin üzvi birləşməsinə bir nümunədir.
1971-ci ildə R.Hacıyev milli musiqi kadrlarının hazırlanması və professional musiqi təhsili sisteminin yaradılması məqsədilə əlcəzairə göndərilmişdi. O, bu ölkəni qarış-qarış gəzərək, milli musiqini öyrənir, orada olduğu 5 il müddətində əlcəzairin ilk 3 baletini yaradır: "Üç inqilab" (1973), "Alov" (1976), "Hürriyyət" (1979), Tunisdə, Mərakeşdə, Parisdə, Kubada tamaşaya qoyulmuş bu əsərlər böyük maraqla qarşılanmışdı.Bəstəkarı xalq rəqslərinin ünsürləri, eləcə də onların yüksək emosional ritm tonusu xüsusi cəlb edirdi. Konservatoriyanı bitirdikdən sonra o, "Rəqs lövhələri" əsərini (1954) yazır, sonradan isə "Xoreoqrafik süita"nı bəstələyir. 60-cı illərin 2-ci yarısında Azərbaycan balet sənətində bəstəkar və baletmeysterlərin kiçik miniatürlərin yaradılmasına meylliliyi müşahidə olunurdu. R.Hacıyevin bəstəkar marağından kənarda qalmayan daha bir dəyərli sahə-simfonik musiqidir. Onun simfonik üslubunun əsas "əlaməti" mahnı və rəqs janrlarının buraya fəal nüfuz etməsidir. Bunlar artıq parlaq və bədii cəhətdən mükəmməl şəkildə bəstəkarın iki erkən əsərində - indiyədək repertuarlarda qalan5 "Gənclik" simfoniyası (1953) və Skripka konsertində (1952) həyata keçirilmişdir.
Daha yetkin yaşlarında bəstəkar üç simfonik poemanı - "Şeyx Sənan" (1982), "Səbuhi" (1983), "Həzi Aslanov" (1984) poemalarını yazmışdır. Poema janrı R.Hacıyevin diqqətini kamera tərkibli orkestrlər üçün də cəlb edirdi: M.Maqomayevə həsr olunmuş "Poema-ekspromt", C.Cabbarlı və D.Şostakoviçə həsr olunmuş digər poemalar buna gözəl misaldır6.
Simfonik və vokal janrların qovuşuğunda R.Hacıyev kantata-oratorial janra müraciət etmişdir. 1976-cı ildə yazılmış "Səməd Vurğun" kantatası bu baxımdan çox maraqlıdır. Bu əsər Azərbaycan musiqisində həmin janrda yaranmış ən yaxşı nümunələrdən biridir.
Gənc yaşlarından klassik musiqi ilə yanaşı, Rauf Hacıyev cazla da maraqlanmağa başlamışdır. 18 yaşında ikən o, artıq Tofiq Quliyevin yaratdığı və rəhbərlik etdiyi ilk Azərbaycan Dövlət caz orkestrinin tərkibində çalırdı. Bu orkestrdə işləməsi cavan musiqiçi üçün böyük caz və improvizasiya məktəbi olmuşdur.
Müharibədən sonra orkestrin rəhbəri R.Hacıyev olur, onun sözlərinə görə bu, "yüksək dərəcəli orkestr idi". 1948-ci ildə verilən "İncəsənətdə formalizm haqqında Qərar" bütün caz kollektivlərinin ləğvinə səbəb olsa da, ancaq caz həm estrada mahnılarının harmoniya və aranjimanında, həm də musiqiçilərin qəlbində yaşamaqda davam edirdi. Bir çox caz musiqiçiləri kinoteatrlarda çalırdı. "Vətən" kinoteatrında "Salon orkestri" kimi tanınan kollektivə 1949-cu ildən 1956-cı ilə kimi R.Hacıyev rəhbərlik etmişdi. Bu orkestrin ifaçılarının əsas tərkibi 1954-cü ildə R.Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada orkestrinin özəyini təşkil etdi.
Tükənməz, qaynar enerjili insan R.Hacıyevin musiqi-ictimai fəaliyyəti-onun istedadının yeni, başqa bir tərəfi idi. 1964-cü ildə o, filarmoniyanın direktoru, bir ildən sonra isə Mədəniyyət naziri olmuşdur. Bu vəzifə Rauf Sultan oğluna milli mədəniyyətin bir çox problemləri ilə yaxından məşğul olmağa imkan vermişdi. Dövlət xor kapellası, Mahnı teatrı, Dövlət rəqs ansamblı - bu kimi yeni kollektivlər məhz onun təşəbbüsü ilə yaranmışdı. R.Hacıyevin təşəbbüsü ilə dünyada ilk dəfə Bakıda xalça incəsənətinin nadir xəzinəsi sayılan xalça muzeyi açılmışdır. Həmin dövrdə respublikada konsert-qastrol həyatı nəzərə çarpacaq dərəcədə fəallaşır, bir çox yubileylər, mədəniyyət dekadaları, caz festivalları keçirilir.
R.Hacıyev ən şərəfli titullara, o cümlədən SSRİ xalq artisti adına layiq görülmüşdü. Öz yaradıcılığı ilə Azərbaycan musiqisini dünyanın bir çox qitələrində təbliğ edən, dinləyicilərin qəlbini ovsunlamış Azərbaycan sənətkarlarının sırasına onun adı qızıl hərflərlə yazılmışdır. R.Hacıyevin musiqisi bu gün də bizim əməllərimizdə, fikrimizdə, ürəklərimizdə yaşayır. Bu nəğmələr bizi daha xeyirxah, gələcəyə daha inamlı, bir-birimizə mehriban olmağa səsləyir... Bütün bunlar - Rauf Hacıyevin bizə bəxş etdiyi ən qiymətli xəzinədir.
Həzi Aslanov
1932-ci il oktyabr ayının 21-də Azərbaycanda Salyan rayonunun Pirəbbə kəndində Rza kişinin ailəsində ilk körpə dünyaya göz açdı. Gəlişi ilə ailəyə sevinc bəxş edən uşağa babası Xəlil öz adını verdi. Körpə qayğı və nəvazişlə böyüdü. Onu yeddi yaşından məktəbə göndərdilər.
1990-cı il yanvann 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfmdən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilir. Aram-sız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyini, 200-dən çox, şer, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. "Lefortovo gündəliyi" şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
Ömrün son akkordları. Onun qeyri-adiliyi fonunda zaman geriyə işlədi. O isə milyonlarla insanın içindən gələn azadlıq yanğısını hamıdan tez duydu, hamıdan qabaq üsyan elədi. Onun bu qeyri-adiliyi nədə idi? Hər şeydən öncə o doğulduğu İçərişəhərə hamı kimi baxmadı. Keçmişin qaranlıq tarixini, sirlərini, şirin nağıllarını əsrlərlə özündə gizləyib saxlayan bu qədim qara daşları oxuya bildi. Vaqif üçün İçərişhərin özünəməxsus həniri, minbərlərdən ucalan dua səsləri, dənizin bəzən pıçıltıya dönən, bəzənsə guruldayan ləpələri, daha nələr adi səslər olmadı. Və Vaqif İçərişəhərin qərinələrdən süzülüb gələn yeknəsək səslərini əsrin ən müasir musiqisinin ilk akkordlarına çevirdi. Təbii ki, İçərişəhərin bütün səsləri ilə yanaşı bu akkordlar sovet məhbəsi adlana bilən bir məmləkətdə azadlığa təşnə insanın arzularının, istəklərinin, üsyanının sədası idi. Beləcə məkanın mühafizəkar səsləri ilə zamanın azad çğırışının, keçmişlə gələcəyin, Şərqlə Qərbin harmoniyasından yeni bir simfoniya, muğamla cazın sintezi yarandı. Vaqif Mustafazadə bir çox ansambl yaratmışdır."Qafqaz", "Sevil" (1971) və "Leyli" (1979) Vaqif sözün əsl mənasında musiqiçi ailəsində dünyaya göz açıb. Atası Əziz hərbçi olsa da, musiqi ilə son dərəcə bağlı bir insan idi, gözəl tar çalmağı bacarırdı. Anası Zivər xanım isə ilk azərbaycanlı pianoçu qadınlardan biri olub. Üzeyir bəy Hacıbəyov məktəbinin yetirməsi olan Zivər xanım gözəl pianist olmaqla yanaşı, muğamı bütün incəliyi ilə bilirdi. Belə bir ailədə böyüyən Vaqifin talantı, musiqiyə olan qeyri-adi bağlılığı qətiyyən təəccüblü deyildi. Bu fərqi hamıdan tez anası Zivər xanım duyur. Bu haqda Zivər xanım xatirələrində belə yazırdı: "Hələ Vaqfin beş yaşı olanda bir dəfə ona Səməd Vurğunun "Vaqif" poemasından bir parça oxudum. Üstündən bir qədər keçməmiş balaca Vaqif həmin parçanı olduğu kimi əzbərdən dedi. 
1925-ci ildə Bakı şəhəri Balaxanı kəndində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) tarix fakültəsini bitirmişdir. Təhlükəsizlik orqanlarında 1942-ci ilin sentyabr ayından xidmətə başlamışdır. İ.Hüseynov SSRİ DTK-nın Bakı diyarlararası məktəbini bitirmiş, 1952-ci ilin avqust ayından əməliyyat işində rəhbər vəzifədə çalışmışdır. Xidməti dövründə bir sıra dövlət mükafatları – «Qırmızı Bayraq» ordeni, «Döyüş xidmətlərinə görə» medalı və digər 14 medala, eləcə də «kəşfiyyat xidmətlərinə görə» döş nişanı ilə təltif olunmuşdur. 1991-ci ilin sentyabrından 1992-ci ilin may ayına qədər Azərbaycan SSR DTK-nın sədri vəzifəsində işləmişdir. İ.Hüseynov təhlükəsizlik orqanlarından general-mayor hərbi rütbəsində silahlı qüvvələrin ehtiyatına buraxılmışdır.
M.C.Bağırov 1896-cı ildə Quba şəhərində anadan olmuşdur. Məktəbi qurtardıqdan sonra Petrovski (indiki Mahaçqala) şəhərində pedaqoji kursda təhsilini davam etdirmişdir. 1915-ci ildən sonra Xudat stansiyasındakı kənd məktəbində müəllim işləyir və elə o vaxtdan etibarən inqilabi işə qoşulur. Sonralar Qubaya gəlib ibtidai məktəbdə müdirlik edir. 1917-ci ilə qədərki müddət M.C.Bağırovun fəaliyyətinin ən mürəkkəb dövrüdür. Fevral burjua-demokratik inqilabına qədər, istərsə də sonra hansı partiyalara üzv olduğu barədə məlumat yoxdur. 1918-ci ildə M.C.Bağırov artıq Bakıda fəaliyyət göstərirdi. M.C.Bağırov Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər Qızıl Orduda müxtəlif rəhbər vəzifələrində işləyir, vətəndaş müharibəsi cəbhələrində vuruşur. Və onun ideya-mənəvi xarakterinin formalaşmasında fəaliyyətinin həmin dövrü əsas rol oynayır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra M.C.Bağırov Qarabağa vilayət İnqilab Komitəsinin sədr müavini və hərbi İnqilab Şurasının müvəkkili göndərilir.
Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq şəxsiyyətlərindən biri Tofiq Quliyev hələ sağlığında mahnı janrının aparıcı örnəyi olmuşdur.
Ziya Bünyadov 1933-cu illərdə Bakı Ümumqoşun məktəbində oxuyub.Təhsilini bitirərək zabit kimi müharibəyə yollanıb. Böyük Vətən müharibəsi cəbhələrində vzvod, rota və batalyon komandiri kimi şərəfli döyüş yolu keçib. Leytenant Ziya Bünyadov 1942-ci ildə Mozdok yaxınlığında ilk döyüş sınağından çıxmışdır. 1945-ci il yanvarın 14-də Ziya Bünyadov əsgərləriylə Polşanın Visla rayonunda Pilitsa çayı üzərində strateji əhəmiyyetli körpünü tutub. Həmin döyüşdə rota 100 nəfər hitlerçini məhv edib, 45 nəfər əsir götürüb və düşmənin döyüş texnikasını ələ keçirib. Bu qəhrəmanlığına görə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 27 fevral tarixli fərmanı ilə bölmənin komandiri Ziya Musa oğlu Bünyadova ən yüksək fəxri ad - Sovet İttifaqı Qəhrəmanı adı verildi. 

