Vəli Axundov

Vəli Axundov
1916-cı ildə Bakının Saray kəndində anadan olub 1941-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin məzunu olub.Tibb elmləri doktoru, professor elmi dərəcəsi alıb.1946-cı ildən Azərbaycan səhiyyə nazirliyi nəznindəki “Epidemiologiya mikrobiologiya və gigiyena” institutunun əməkdaşı sonra isə direktoru vəzifəsində çalışıb.1948-ci ildən Azərbaycan “Tibb işçiləri həmkarlar ittifaqının” sədri olub. 1950-ci ildən Azərbaycan respublikasının səhiyyə nazirinin müavini kimi fəaliyyət göstərib. 1953-cü ildən Azərbaycan KP. MK. “inzibati və ticarət maliyyə” şöbəsinin müdür müavini,1954-cü ildən isə Azərbaycan SSR-in səhiyyə naziri olub.1958-ci ilin yanvarından Azərbaycan KP. MK. Katibi, 1958-ci ilin iyulundan sa Azərbaycan SSr-in nazirlər sovetinin sədri təyin olunub.1959-cu ilin iyulundan 1969-cu ilin iyuluna kimi Azərbaycan KP. MK. Birinci katibi vəzifəsini icra edib. 1969-cu ilin iyulundan Azərbaycan SSR Elmlər Akademiyasının Vitse Prezidenti.6-8-ci çağırış SSR-i Ali Sovetinin deputatı 1961-1971-ci illərdə SOVİKP MK üzvü olmuşdur


