Çinqiz Abdullayev
![]()
Çinqiz Abdullayev 1959-cu ilin 7 aprelində Bakıda anadan olub 189 saylı orta məktəbi bitirib və Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olub.Bu fakultəni fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildə Sosiologiya fakultəsini bitirib.Çinqiz Abdullayev bir neçə il xarici dövlətlərdə çalışıb bu vaxt o iki dəfə yaralanıb bir çox dövlət təltif və mükafatlarına layiq görülüb. Onun fəaliyyəti Belçika Əfqanıstan, Almaniya, Polşa, Rumıniya, və Anqolanı əhatə edib. O, istefada olan mayordu. SSR-i müdafiə nazirliyinin “Baş kəşfiyyat idarəsi”-də xidmətdə olarkən onu Ruminiyadan eks diktator Çauşeskunun qüllələnməsində iştrakda ittiham edərək çıxarıblar, lakin o bu işdə iştrak etməməşdi sadəcə olaraq bu məsələd çox yaxşı məlumatlı idi, Namibiyada isə Abdullayev daha bir əməliyyatda iştrak etmişdi bu zaman onun qrupuna əsir düşmüş Anqolalı komandirləri azad etmək həvalə olunmuşdu qrupdan yalnız dörd nəfər sah qayıtdı bunlardan biri də Çinqiz idi.Çinqiz Abdullayevin ilk ədəbi işi “Mavi Mələklər” kəskin sujetli romanı idi bu roman DTK-da düz üç il qaldı DTK bu romanın çapına bəzi sirləri açdığına görə qadaha qoymuşdu.Lakin 1988-ci ildə nəhayət ki roman dərc olunur və sonralar daha bir neçə dəfə nəşr olunur.Onun kitabları Fransa Rusiya, ABŞ, İtaliya , Bolqarıstan və digər ölkələrdə nəşr olunur.Onun kitablarının ümumi tirajı 15 milyon nüsxədən çoxdur onun əsərləri 18 ölkədə satılır və 11 dilə çevrilib. Çinqiz Abdullayev üç ali təhsilə malikdir azərbaycan və rus dillərindən başqa inqilis, fars və italyan dillərini bilir. Abdullayev hüquq elmləri doktorudur və Azərbaycan Elmlər Akademiyasının Hüquq elmi üzrə fəxri doktorudur həmçinin Azərbaycan Yazıçılar Birliyinin Katibidir. Evlidir bir qızı və bir oğlu var.Çinqiz Abdullayev sözün həqiqi mənasında millətimizin fəxridir.



Salam,men bilmek isterdim ki,C.Abdullayevin valideyinleri bakinin hansi kendindendir.
Aprel 11, 2008 8:31