Yusifzadə Xoşbəxt Bağı oğlu1930-cu ildə Bakıda anadan olub Pirşahı kənd orta məktəbini bitirib, sonra Azərbaycan Neft-Kimya institutunu bitirib. Respublikanın neftçıxarma sahəsində uzun illərdir ki çalışmaqdadır. Geologiya - mineralogiya elmləri doktoruelmi dərəcəsi və Professor elmi rütbəsi var.2007-ci ildən Azərbaycan Elmlər Akademiyasının geologiya ixtisası üzrə həqiqi üzvüdür 149 elmi əsər 17 monoqrafiyanın müəllifidir.İstiqlal və şərəf ordeni lauriyatıdır.O, Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən karbohidrogen ehtiyatları ilə zəngin yataqların, o cümlədən xarici neft şirkətləri ilə birgə işlənilməkdə olan "Azəri", "Çıraq", "Günəşli" yataqlarının kəşfi də məhz onun adı ilə bağlıdır. X.Yusifzadə həm də geologiya elminin inkişafında xidmətləri olan alim kimi də dünyada tanınır. Belə ki, onun elmi tədqiqatları neft laylarının açılması üsullarını təkmilləşdirib, neft, qaz və qaz-kondensatı yataqlarının işlənməsi üsulları üzrə ixtiraları isə neft hasilatını daha da səmərələşdirib.Hal Hazırda Xoşbəxt yusifzadə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidentidir.