Butros Butros Qali Butros Qali 14 noyabr 1922-ci ildə Qahirədə anadan olub o qədim və aristokratik kopt ailəsindəndir. Monarxiya vaxtında Butros Qalinin babası Butros paşa Misirin baş naziri olub sui qəsd nəticəsində qətlə yetirilib, sonra dayısı Misirin xarici işlər naziri olub. Atasının 200 otaqdan ibarət və Qahirənin aristokratik bir məhəlləsində yerləşən mülkündə o ev təhsili gözmüş sonra Qahirə universitetində təhsilini davam etdirmişdir, daha sonra təhsilini avropada Parisin Sarbonna universitetində davam etdirir inglis və fransız dillərini mükəmməl oyrənir.1949-cu ildə Butros Qali Sarbonada “beynəlxalq hüquq” üzrə doktorluq disertasiyasını müdafiə edir.Və fəaliyyətini Qahirə universitetində davam etdirir orada o son dərəcə bilikli və erudisiyalı bir professor kimi tanınır onun beynəlxalq hüquq barədə bir neçə elmi işi işıq üzü qörür.25 oktyabr 1971-ci il tarixdə ona prezident Ənvər Sədətin administrasiyasından olunaz zənglə özünün Misir Ərəb Respublikasının xarici siyasət idarəsinin rəhpəri təyin olunduğu barədə xəbər tutur və sabahsı günButros Qalinin ata evindən cəmisi iki otaq böyük olan Qahirədəki “Abedin” kral sarayında cənab Butros Butros Qali respublikaya sadiqlik andı içir.O Misirlə İsrail arasında gedən danışıqlarda iştirak edir.1981-ci ildə prezident Ənvər Sadatın qətlindən sonra da Butros Qali bu vəzifədə qalır.Bu dövrlərdə o Misirin BMT-nin Baş Assambleyasında Misir nümayəndə heyətinə rəhpərlik edir.1987-ci ildə Misir parlamentinin üzvü seçilir.1992-ci ildə cənab Butros Butros Qali Birləşmiş Millətlər Təşkilatının baş katibi seçilir. O bu vəzifəni tutan ilk misirli ilk ərəb və qara materikin ilk nümayəndəsi oldu.Butros Qalinin bu vəzifədə olduğu vaxt BMT-nin fəaliyyəti son dərəcə yüksək intellektual səviyyə və yanaşma ilə seçildi, ölkələrə onların BMT-nin büdcəsinə verdiyi maliyyə vəsaitinə görə yox onların sadəcə BMT üzvü olduğuna görə eyni səviyyədə olan münasibət bəsləndi aktual problemlər BMT-nin gündəminə gətirildi. Cənab Butros Qali öz fəaliyyətində çalışırdı ki BMT-ni müstəqil fövqəl dövlətlərin təsirindən azad bir quruma çevirsin lakin bu onların xoşuna qəlmədi və 1996-cı ildə səs vermə zamanı ABŞ-ın veto qoyması nəticəsində Butros Qali növbəti müddətə baş katib seçilə bilmədi.Butros Qali bir çox elmi əsər və monoqrafiyaların müəllifidir onlar beynəlxalq hüquq və beynəlxalq münasibətlərə həsr olunub.1997-ci ildə “Fransızdilli ölkələr”in assosiasiyasının Hanoyda keçirilmiş yüksək səviyyəli görüşündə təşkilatın Baş Katibliyinin təsis olunması qərarı alındı və baş katib Butros Qali seçildi.Cənab Butros Qali bir çox akademiya və universitetlərin üzvü və fəxri doktorudur o cümlədən də 1994-cü ilin oktyabrından Bakı Dövlət Universitetinin fəxri doktorudur.