Rüstəm İbrahimbəyov.
Rüstəm İbrahimbəyov. 5 fevral 1939-cu ildə Bakıda anadan olub.Rüstəm ibrahimbəyov həm Azərbaycanda həm də ondan çox-çox kənarda istedadlı ssenarist, dramaturq və rejissor kimi tanınır.Lakin onun ilk təhsili bu sahə ilə bağlı olmamışdır belə ki, o ilkin olaraq Azərbaycan Neft və Kimya institutunu bitirir yalnız sonra Moskvada Qerasimov adına kinemotoqrafiya institutunu film ssenarisi və rejiserluq ixtisası üzrə bitirmişdir. Onun yazıları bir çox filmlərdə, televiziya ssenarilərində, nəsr əsərlərində öz əksini tapmışdır.Məşğur filmləri - “Səhranın ağ günəşi” (1970) “İstintaq” (1979) “Günəşdən usanmışlar” (1994) “Sibir bərbəri” (1998) “Şərq gərb” (1999)Qeyd etmək lazımdır ki, Rüstəm İbrahimbəyovun Nikita Mixalkovla birgə işlədiyi bir neçə film dünyaca məşhur filmlərdir və onlar Kann kinofestivalının mükafatına Venesiya kinofestivalının mükafatına və həmçinin oskar mükafatına layiq qörülmüşdür fəxrlə demək olar ki, Rüstəm İbrahimbəyov şərikli də olsa (Nikita Mixalkovla birgə) Oskara malik yeganə azərbaycanlıdır.Rüstəm İbrahimbəyov bir çox kino təşkilatlarının və bu sahədə çalışan insanların birləşdiyi təşkilatların üzvü və sədridir həmçinin amerika kinoakademiyasının (oskar) üzvüdür.Onun yaratmış olduğu nəsr əsərləri 500.000 min tirajla yayılıb.Rüstəm İbrahimbəyov Azərbaycan, Rusiya və Fransa kimi ölkələrin yüksək səviyyəli dövlət təltiflərinin laureyatıdır.

