Tansu Çillər.
Tansu Çillər.
1946-cı ildə İstanbulda anadan olub, atası əslən Gürcüstandan idi. İstanbuldakı Robert kollecini bitirdi, daha sonra Boğaziçi universitetində iqtisadiyyat fakultəsində təhsil aldı təhsil aldı. Sonra təhsilini Konnektikut universitetində və Yel universitetində davam etdirmişdir 1983-cü ildə Tansu Çillər professor olur.1990-cı ildə siyasətə Doğru Yol partiyasına qatılmaqla başladı.1991-ci il seçkilərində o, İstanbuldan millət vəkili seçilir və Süleyman Dəmirəlin qurduğu koalisyon hökumətdə iqtisadiyyata cavabdeh dövlət naziri olur.Hökumətin öndə qələn isimlərindən olan Çillər qərb dövlətləri ilə yaxın əlaqələri ilə tanınırdı. 1993-cü ildə Süleyman Demirəl Türkiyənin prezidenti seçilir və baş nazir vəzifəsini tərk edir bu səbəblə DYP-nın növbədən kənar qurultayında Tansu Çillər Partiyanın sədri ardınca isə baş nazir seçilir və Türkiyə tarixinə ilk qadın baş nazir kimi daxil olur.
Çillərin baş nazirliyi dövründə onun adı bir çox siyasi və korrupsiya qalmaqallarında tez-tez çəkilirdi. Bu barədə yazan jurnalistlərdən biri hətta Türkiyədə jurnalistlərə verilən ən yüksək mükafatı da alır və ardından öz kitabını yazır.

Tansu Çillərin baş nazirliyi 1996-cı ilin martına qədər davam etdi.
Rəfah partiyası ilə DYP-nin qurduğu ortaq 54-cü hökumətdə xarici işlər naziri və baş nazirin müavini vəzifələrini tutmuşdur.Keçirilən seçkilərdə partiyası yetərli qədər səs almamasından sonra partiya rəhpərliyindən və aktiv siyasətdən getmişdir.Evlidir iki övladı var. Alman inqilis və fransız dillərini bilir.

