Çinqiz Aytmatov
Çinqiz Aytmatov
Çinqiz Aytmatov 1928-ci ildə Qırğızıstanda anadan olub. Atası Torequl Aytmatov Qırğızıstan ssr-in görkəmli dövlət xadimlərindən idi lakin 1937-ci ilin represiyaları ondan da yan keçməyib o həbs olunub və güllələnib. Çinqiz Aytmatov gənc yaşlarından işləməyə başlamışdır o , 14 yaşında kənd sovetinin katibi olmuşdu bunun səbəbi onda idi ki, ikinci dünya müharibəsi başlamıçdı və kişilərin çoxsu cəbhəyə yollanmışdı. Orta təhsilini 8-ci sinifdə yekunlaşdıran Çinqiz Cambulda yerləşən zootexnikuma daxil olur və buranı əla qiymətlərlə bitirir. Texnikumu əla qiymətlərlə bitirdiyindən instituta imtahansız qəbul olunur.Tələbəlik illərində o, oçerklər və məqalələr yazırdı onun yazdıqları yerli qazetlərdə çap olunurdu. 1952-ci ildə rus dilində “Qazetçi Dzuydo” hekayəsini yazır.1956-cı ildə Moskvaya ali ədəbiyyat kurslarına yollanır. Qırğızıstana qayıtdıqdan sonra, “Ədəbi Qırğızıstan” jurnalının redaktoru olur və həmçinin beş il ərzində “Pravda” qazetinin respublikada şəxsi müxbiri olur.1958-ci ildə yazdığı “Cəmilə” povesti gənc yazıçıya şöhrət qazandırır.Onun ardınca 60-cı illərdə “İlk müəllim” “Ana çəmənliyi” “Əlvida Gülsar” “Ağ paraxod” povestləri qələmə alınır.Aytmatov 1980-cı ildə özünün ilk romanını nəşr etdirir bu “Bir əsrdən də çox çəkir bir gün” romanı idi. 1988-ci ildə isə “Plaxa” romanı işıq üzü görür.SSR-i dövründə Çinqiz Aytmatov SSSR-nin Lüksemburqdakı səfiri kimi də çalışır həmçinin 7-ci çağırış SSR-i Ali Sovetinin deputatı da olur.1998-ci ildə “Bir bəhayi ilə görüş” 2006 da isə “Əbədi gəlin” və “Çinqizxanın ağ buludu” əsərlərini qələmə alır.2008-ci ilin martınacan Qırğızıstanın Fransa və beneluks ölkələrindəki səfiri vəzifəsini icra etmişdir.

