ABŞ-da çap olunan "Ermənistan- Xristian Terrorçu Dövlətin Sirləri" kitabını buradan yukləyə bilərsiz (İnqilis dilində)-http://niavaran.ucoz.ru/load/1-1-0-1

![]()
ABŞ-da çap olunan "Ermənistan- Xristian Terrorçu Dövlətin Sirləri" kitabını buradan yukləyə bilərsiz (İnqilis dilində)-http://niavaran.ucoz.ru/load/1-1-0-1

![]()
"Mixaylo" ölməz qəhrəmana verilən bu ləqəb, uzaq Adriatik sahillərində qaniçən faşistlərə qarşı mübarizə bayrağını yüksəklərə qaldıran xalqların dilinin əzbəri olmuşdur. Xalqımızın iftixarı olan Mehdi Hüseynzadə, Vətənimizdən çox uzaqlarda faşist düşərgəsində ağır işgəncələrə mətanətlə sinə gərmiş, sonra əsir düşərgəsindən qaçıb, Yuqoslaviya, Triyest, İtaliya partizan dəstələri ilə düşmənə qarşı birgə amansız mübarizə aparmışdır. "Mixaylo" sözün əsil mə'nasında, faşistlər üçün vahiməyə çevrilmişdir. Mehdi Hüseynzadə, 1918-ci ildə Bakıda anadan olmuşdur. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş və bu məktəbi bitirmişdir. 1937-ci ildə Mehdi Leninqrada gedib, Xarici Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirmişdir.
Böyük Vətən müharibəsi başlayarkən Mehdi Hüseynzadə tələbə idi. Gənc vətənpərvər, təhsilini dayandırıb, kitab və fırçasını silahla əvəz etdi. 1942-ci ilin yayında Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanan Mehdi faşistlər tərəfindən əsir alındı. 1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşuldu. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yüqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşviyyat dəstəsini yaratmışdı. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşviyyat xəbərlərini toplayırdı. Faşistlər kino-filminə baxarkən "Mixaylo" öz cəsur kəşviyyatçı dəstəsi ilə birlikdə Opçina kinoteatrının binasını partlatmışdı. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çoxu ağır yaralanmışdı. Bundan bir az sonra Mixaylo'nun rəhbərlik etdiyi dəstə Triyestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun nəticəsində də 100-dən çox alman zabiti ölmüş və yaralanmışdı. Mixaylo, faşistlərə xidmət edən "Il Pikolo" qəzeti redaksiyasını və mətbəəsini, Qaritsa yaxınlığında faşistlərin 200 ton benzinlə dolu anbarını partlatmış, Qaritsa səhərində faşist bankını talayıb, partizan dəstəsinə bir milyon manat pul gətirmişdir. Mixaylo'nun qəhrəmanlığı bununla bitmir. O, onlarca dəmir və şosse yolları körpüsünü, çoxlu faşist avtomasınını partlatmışdır. Şimali İtaliyanın Udinə səhərində 700 nəfər yerli partizan və Sovet əsirini əsarətdən qurtarmışıdır. Yeni qərargahin göstərişinə əsasən Mixaylo alman hərbi texniki paltarında təkbaşına faşist təyyarə meydanına gəlib bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağıtmışdı.
1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən faşist keşikçiləri ilə üz-üzə gəlmişdi. Qəhrəman döyüşçü, xeyli faşist öldürmüş və düşmənin əlinə keçməmək üçün son gülləni öz ürəyinə vurmuşdur. "Mixaylo"nun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı mə'nalı sözlər həkk olunmuşdur: "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".
1957-ci il aprelin 11-də SSRİ Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Daq Yalmar Anqe Karl Xammarşeld BMT-nin ikinci baş katibi bu vəzifəni 1953-cü ilin aprelin 10 dan 1961-ci il sentyabrın 18-nə kimi təyyarə qəzasında vəfat edənə kimi icra edib.O, 29 iyul 1905-ci ildə İsveçdə anadan olmuşdu.Atası Yalmar Xammarşeld birinci düna müharibəsi zamanı İsveç kralləğının baş naziri olub.18 yaşında orta məktəbi bitirərək Uppsala universitetinə daxil olur.Orada o fransız dili və ədəbiyyatı həmçinin sosial fəlssəfə və iqtisadiyyat üzrə ixtisaslaşır. İki ildən sonra incəsənət bakalavrı dərəcəsini alır. Sonrakı illərdə həmin universitetdə təhsilini davam etdirir və 1930-cu ildə hüquq üzrə bakalavr dərəcəsi alır.Sonra Stotholma köçür və bir müddət hökumət strukturlarından birində çalışır. (1930-34) Bu müddətdə doktorluq disertasiyasını müdafiə edir və Stotholm universitetinin doktoruq dərəcəsini alır.1941- 48 ci illərdə İsveç milli bankının idarə heyətinin sədri kimi çalışır.Bu illərdə cənab Xammarşeld İsveç krallığının maliyyə siyasətinin planlaşdırılmasında və həyata keçirilməsində mühüm rol oynayır.1947-ci ildə İsveç xarici işlər nazirliyində maliyyə məsələləri üzrə stats-katib təyin olunur. 1949-da xarici işlər nazirliyinin baş katibi təyin olunur 1951-ci ildə isə nazirlər kabinetinin tərkibinə daxil edilir.1948-ci ildə Paris konfransına öz ölkəsini təmsil edir 1951-52 ci illərdə Parisdə keçən BMT-nin baş assambleyasının sesiyasında İsveç nümayədə heyətinin müavini kimi iştrak etmişdir, 1952-53 cü illərdə Nyu-Yorkda keçirilən BMT-nin baş assambleyasının sessiyasında İsveç nümayəndə heyətinə rəhpərlik edir.7 aprel 1953-cü ildə Daq Xammarşeld Birləşmiş Mİllətlər təşkilatının baş katibi seçilir, 1957-ci ilin sentyabrında təkrar olaraq bu vəzifəyə seçilir.Bu dövrdə BMT yaxın şərqdə İsrail ilə ərəb dövlətləri arasında barışığın əldə olunması və qorunub saxlanması ilə yaxından məşğul olur və Süveyş kanalı ətrafında yaranan münaqişənin həllinə qoşulur, bundan əlavə Livanda sülh yaratma və qoruma missiyasında iştrak edir.Baş katib dünyanın bir çox ölkələrini ziyarət edərək problemlərlə yerində tanış olur bu ziyarətlər zamanı o, Afrikada Uzaq və Yaxın Şərqdə, Avropada olur. 18 dekabr 1959-cu il 31 yanvar 1960-cı il müddətində Afrikada olan baş katib 21 ölkəni ziyarət edir. BMT-nin xüsusi qüvvələrini Konqoya qöndərilməsinə nail olur və bu əsnada Konqoya dörd səfər edir sonuncu səfər 12 sentyabr 1961-ci ildə olur və bu səfər zamanı baş katib Daq Xammarşeld təyyarə qəzası zamanı faciəvi surətdə həlak olur. Həmçini Daq Xammarşeld Nüvə texnoloqiyalarının üçüncü dünya ölkələrinin və inkişaf etməkdə olan ölkələrin inkişafı üçün istifadəsi ideyasının yaradıcısı və tərəfdarı idi.
1913-cü ildə də dünyaya gəlmişdi. Bu istedadlı sənətkarın ömür kitabını vərəqlədikcə Azərbaycanımızın musiqi tarixinin böyük bir dövrü gözlərimiz qarşısında canlanır. Bu tarixin Mirzə Babayevlə bağlı səhifələri daha maraqlı, daha zəngindir. Mirzə Babayevin tərcümeyi-halı bir əsrə yaxın bütöv bir dövrü əhatə edir.
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Bülbülün sinfinə daxil olur. Müəllimi hələ o zaman hiss etmişdi ki, Mirzə Babayevin həm də aktyorluq istedadı var. Elə bu istedaddan irəli gəlirdi ki, o, 20-dən artıq filmdə obraz yaratmışdı. Bu gün onun çəkildiyi filmlərə, televiziya verilişlərinə baxdıqca bu böyük sənətkara xalq məhəbbətinin, onun musiqimizin inkişafındakı xidmətlərinin canlı şahidinə çevrilirsən. Bu mötəbər musiqi ocağında dünya və milli musiqimizin elmi əsaslarına yiyələnən Mirzə Babayev tezliklə Azərbaycan estradasının ulduzlarından birinə çevrilmişdi. Harda işləməsindən asılı olmayaraq, M. Babayev milli musiqimizin təbliğatçısı idi. Onu yaxşı tanıyır və sevirdilər.
O, ifa etdiyi mahnının bütöv obrazını yaradırdı. Mahnıları oynaq və şirin idi. Tamaşaçı bu nəğmələri dinləyəndə qəlbini nikbin bir ruh bürüyərdi. “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada” mahnılarını onun ifasında dinləmisinizsə, yəqin ki, ruhunuz, qəlbiniz təmizlənib, nəğməli bir dünya yaşamısınız. Doğrusu, bu gün adam Mirzə müəllimin yoxluğuna inana bilmir. Elə hiss edirsən ki, yenə də hansısa konsertdə səhnəyə çıxıb gənclik həvəsiylə öz nəğmələrini oxuyacaq. Yaxşı ki, bu nəğmələrin yazıldığı lentlər, kassetlər saxlanılır və onlar kifayət qədərdir.
M. Babayev Azərbaycan estrada musiqisini çox-çox yüksəklərə qaldırıb, onu sevdirib, səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaradıb. Mirzə müəllim həm də gözəl kino aktyoru idi. Azərbaycan kinosunda onun yaratdığı rolların özünəməxsus gözəlliyi var. Bu rolların epizodik və yaxud böyük həcmi olmasının o qədər də fərqi yoxdur. Mirzə Babayev yaratdığı obrazı duyur, öz içindən keçirir və tamaşaçıya onu bütöv xarakter kimi təqdim edir. Müsahibələrinin birində demişdi ki, mən 100-dən artıq filmdə çəkilmişəm. Ancaq filmlərdə ifa etdiyi mahnıların sayı,
bəlkə də, iki o qədərdir
.
Rafael Xan-Əli oğlu Allahverdiyev9 may 1945-ci ildə Bakıda anadan olub 1961-ci ildə orta məktəbi bitirib 1974-cü ildə isə ictimai elmlər akademiyasıni bitirib, 1994-cü uldə Qərb universitetini “menedjment” ixtisası üzrə bitirib.“Qaradağ-Neft” istehsalat birliyində və “Serebrovski” adına zavodda çalışıb. 1971-1983-cü illərdə Azərbaycan kommunist partiyasının mərkəzi komitəsinin ümumi şöbəsinin instruktoru, partiya təşkilatlarının inspektoru mərkəzi komitənin ümumi şöbəsinin müdür müavini kimi fəakiyyət göstərir. 1983-1988 – ci illərdə Bakı şəhəri Nərimanov rayonu partiya komitəsinin rəhpəri olmuşdur.1989-1993-cü illərdə respublika “Sağlamlıq” cəmiyyətinin sədr müavini kimi çalışmış, həmin müddətdə Azərbaycan Beynəlxalq Bankı-nın rəhpərlərindən biri olmuşdur.1993-cü ilin iyulunda Bakı şəhərinin icra başçısı təyin olunur 1995-ci ildə Nərimanov seçki dairəsindən Milli Məclisə deputat seçilir 2000-ci ilin oktyabrında şəhərin icra başçısı vəzifəsindən qedir və həmin ilin noyabrında Milli Məclisə deputat seçilir.Hal hazırda İsveçrədə yaşayır
Nəsibə Zeynalova 1916-cı ildə, aprelin 20-də Azərbaycanın teatr fədailərindən biri olan Cahangir Zeynalovun ailəsində dünyaya göz açmışdı. Azərbaycanda realist komik aktyor məktəbinin bünövrəsini qoyan, Milli Dram Teatrının yaranmasında iştirak edən Cahangir Zeynalov qızının iki yaşı olarkən dünyasını dəyişib. Bəlkə də atasız qalan Nəsibə Zeynalova bu itkini yaşamasaydı, teatra, səhnəyə can atmazdı, bu sənətə böyük məhəbbətlə bağlanmazdı. Nəsibə Zeynalova atasının yoxluğunun ürəyində yaratdığı boşluğu teatra, səhnəyə gəlməklə doldurdu. Onun məhz komik aktrisa ampluasını seçməsi də təsadüfi deyildi. Atasının qoyduğu məktəbi davam etdirmək həm borcu idi, həm də bu irsi istedad onun damarlarında qaynayırdı.
Uşaqlıq, yeniyetməlik çağlarında çox əzab-əziyyət çəkən, həyatın hər üzünü görən Nəsibə Zeynalova məhz sənəti, istedadı ilə illərdən sonra çoxlarının qibtə edəcəyi yüksəkliklərə ucaldı. Həyatda həm sənətkar, həm qadın xoşbəxtliyi ona nəsib oldu. Ailəsi, onu çox sevən həyat yoldaşı, babasının adını daşıyan, sənətini davam etdirən oğlu, milyonların sevgisi...
1941-ci ildə Teatr Texnikumunu bitirib Musiqili Komediya Teatrında işləməyə başladı. Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü 60-cı illərə təsadüf etdi. O, Musiqili Komediya Teatrının səhnəsində, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi sənətkarlarla həftədə beş dəfə tamaşa oynadıqları günləri tez-tez yada salırdı. Bu teatrın səhnəsində tamaşaya qoyulan "Sevindik qız axtarır" əsərində Xeyransa, "Həmişəxanım"da Həmişəxanım, "Beşmanatlıq gəlin"də Gülnaz, "Gözün aydın"da Nargilə, "Keto və Kote" də Kabato, "Qızılaxtaranlar"da Rəxşəndə kimi obrazlar yaratdı. 1967-ci ildə Azərbaycanın Xalq Artisti, 1974-cü ildə Dövlət Mükafatı Laureatı oldu.
Nəsibə Zeynalova "Hicran"da Qızbacı, "Qayınana"da Cənnət, "Hacı Kərimin Aya səyahəti"ndə Kəblə Fatma, "Altı qızın biri pəri"də Cəhrə qarı, "Ulduz"da Züleyxa obrazları ilə xalqın ürəyində əbədi yer tutdu. Bu obrazların dili ilə söylədiyi bəzi ifadələr dillər əzbərinə çevrildi.
Nəsibə Zeynalovanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açıldı. Aktrisa "Qayınana", "Ulduz" kimi ekran əsərləri istisna olmaqla, kinoda əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarırdı. "Ögey ana", "Böyük dayaq", "Bizim Cəbiş müəllim", "Qanun naminə", "Bəyin oğurlanması", "Mən mahnı qoşuram", "Qorxma, mən səninləyəm", "Yuxu" və başqa filmlərdə Nəsibə Zeynalovanın yaratdığı obrazlar tamaşaçıların yaddaşında silinməz izlər buraxdı. Aktrisanın bütün obrazlarına nəzər saldıqda görürük ki, Nəsibə Zeynalovanın aktyor sənəti üçün zəngin mimika, obrazı ən xırda incəliklərinədək açmaq bacarığı, milli kolorit, yüksək improvizə qabiliyyəti səciyyəvi idi. Onun təbii, inandırıcı oyun tərzi qəhrəmanlarını tamaşaçıya doğmalaşdırır, yaxınlaşdırırdı.
