alexAvqust 27, 2008 14:44
Rusiya təyyarələri Ermənistana Azərbaycan ərazisindən uçur
Gürcüstan rus təyyarələrinə xidmət göstərməkdən imtina edib Gürcüstan aeronaviqasiya xidməti Rusiyanın “Volqaaviaeksport” aviaşirkətinin Volqoqrad-İrəvan reysi ilə üçan təyyarəsinə xidmət göstərməkdən imtina etdiyin görə, təyyarə Ermənistana Azərbaycan ərazisindən uçub. Lent.az-ın “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan təyyarələri Rusiyaya Gürcüstan ərazisindən keçməklə uçuşları davam etdirirlər. Rusiya tərəfi bildirir ki, təyyarənin pilotları Tiflisin imtinasından sonra İrəvana Azərbaycan ərazisindən uçmaq barədə qərar qəbul ediblər. Gürcüstan avianaviqasiya xidməti onlara hava məkanından istifadənin məhdudlaşdırılması ilə bağlı rəsmi informasiya verməyib. Qeyd edək ki, məhdudiyyət Cənubi Osetiya uğrunda döyüşlər zamanı tətbiq edilib və sonradan aradan qaldırılıb. Rusiyanın hava hərəkətinin təşkili Dövlət korporasiyası gürcü tərəfinə bununla bağlı rəsmi sorğu göndərdiyini, lakin müraciətə cavab verilmədiyini bildirib. “Aeroflot”un İrəvan nümayəndəliyindən bildiriblər ki, şirkət hələ avqustun 9-da Gürcüstan ərazisindən hava uçuşlarını dayandırıb. Öz növbəsində “Armavia”nın mətbuat katibi Nana Avetisova Ermənistan təyyarələrinin Gürcüstanın hava məkanından istifadəsi ilə bağlı problem yaranmadığını vurğulayıb: “Armavia”nın təyyarələri Gürcüstanın hava məkanından istifadə etməklə Rusiyaya uçuşları davam etdirirlər”.
alexAvqust 17, 2008 12:30

"Gürcüstanın ərazi bütovlüyü bərpa edilməli, Cənubi Osetiya və Abxaziya bu ölkənin tərkib hissəsi olmalıdır".
ABŞ prezidenti Corc Buş
Texasdakı bağ evində çıxış edən ağ ev rəhbəri Rusiya prezidenti Dimitri Medvedevin atəşkəs barədə razılaşmanı imzalamasını münaqişənin həll edilməsi istiqamətində ümidverici irəliləyiş kimi qiymətləndirib. Bununla belə o, Rusiyadan həmin sazişin şərtlərinə əməl edərək əməliyyatları dayandırmasını və öz ordusunu geri çəkməsini də istəyib: «Prezident Medvedev razılaşmaya imza atıb. Bu, vacib irəliləyişdir. İndi isə Rusiya razılaşmanın şərtlərinə əməl etməli, əməliyyatları dayandırmalıdır. Əsas məsələ Rusiyanın Cənubi Osetiya və Abxaziyanın Gürücstandan ayrıla biləcəyi barədə rəyidir. Bu ərazilər Gürcüstanın tərkib hissəsidir. Dünya ictimaiyyəti də dəfələrlə bəyan edib ki, bu belə olaraq da qalacaq. Gürcüstan BMT-nin üzvüdür, Cənubi Osetiya və Abxaziya isə onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində olan əraziləridir. Gürcüstanın da sərhədlərinə başqa dövlətlərdə olduğu kimi hörmət edilməlidir. Bu məsələ müzakirə mövzusu ola bilməz».
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanını Xarici İşlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Gürcüstan Cənubi Osetiya və Abxaziyanı unutmalıdır.
alexAvqust 17, 2008 12:20
«Ruslar Qoridə qalan boş evləri, ictimai obyektləri talan edir, əhalinin avtomobillərini də əllərindən alırlar»
Gürcüstan Parlamentinin Azərbaycanlı millət vəkili Azər Süleymanovla müsahibə
- Siz hazırda Marneulidəsiniz. Orada vəziyyət necədir? - Hazırda vəziyyət normaldır. Amma avqustun 8-də Marneuliyə Rus ordusu bir neçə dəfə bomba atdı; nəticədə Marneuli aerodromu tam sıradan çıxıb. Bombalardan biri Marneulidən bir kilometr aralıda yerləşən kəndə düşmüşdü. Buradakı məlumatlara görə, Marneuli üzərində uçan bombardmançı təyyarə Ermənistanın Gümrü hərbi aerodromundan qalxmışdı. Azərbaycanlılar arasında ölüm-itim hadisəsi yoxdu, sadəcə bir yaralı var, o da müharibədə iştirak etmiş əsgərimizdi. Müharibə başlayan kimi Marneulidəki azərbaycanlılardan ibarət könüllü batalyon yaratdıq, bu batalyona Qardabanidən də qoşulanlar oldu. Amma Gürcüstanın İraqdakı iki min nəfərlik sülməramlılıarı geri qayıtdıqdan sonra bizim batalyona ehtiyac qalmadı. Amma mən özüm bir gün Qoridə oldum. - Rus mənbəbəri bir neçə gün əvvəl xəbər yaydı ki, Rus qoşunları Qoridən çıxıblar. Sonra məlumat gəldi ki, qoşunların bir qismi geri qayıdıb. Hazırda Qoridə nə baş verir? - Qori təmamilə Rusların nəzarətindədir. Müharibə başlyandan yalnız bu gecə şəhərdə sakitlik olub. Atəşkəsdən sonra isə hər axşam atəş və bomba səsləri, ən yaxşı halda avtomat səsləri eşidilir.Rusiya tərəfdən atəş kəsilməyib. Qoridə komendant saatıdır, camaat evlərindən bayıra çıxmır. Ruslar Qoridən Gürcüstanın digər şəhərlərinə gedən yoları kəsiblər. Onlar Gürcüstanın Daxil İşlər Nazirliyinin polis bölmələrini də Qoriyə daxil olmağa imkan verməyiblər. Ruslar şəhərdə boş qalan evləri talan edir, ictimai obyektlərin yiyəsiz qalmış binalarındakı texniki avadanlıqdarı ələ keçirir, qadınları zorlayırlar, əhalinin avtomobillərini də əllərindən alırlar. - Qoridə dağıntıların səviyyəsi nə yerdədir? - Qori şəhəri darmadağın olub. Yaşaşyış evləri və ictimai obyektlər dağınıtıları altında qalıb. Əhalinin çox az bir hissəsi Qoridə qalmaqdadır. Vəziyyət son dərəcədə ağırdı. Qori yaxınlığında iki kənd tamamilə dağıdılıb. - Atəşkəs razılığından sonra Rusiya tərəfi bildirdi ki, onların Qoridəki kəşfiyyat xarakterli bölmələri şəhərdə qalacaq. Bu nə deməkdir? - Ruslar bildirirlər ki, Qoridə külli miqdarda silah ambarları qalıb və onları zərərsizləşdirəndən sonra guya şəhəri tərk edəcəklər. - Tükiyənin baş naziri Rəcəb Tayib Ərdoğan bildirdi ki, Azərbaycan, Gürcüstan, Türkiyə bir araya gəlib BTC ilə bağlı müəyyən təhlükəsizlik tədbirləri görməlidirlər. BTC-nin Gürcüstan boyunca təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulurmu? - Müharibə başlayandan cəmi bir dəfə Rus bombardmançıları BTC-nin keçdiyi əraziyə, kəmərdən 500 metr aralıya bomba atmışdılar. Ruslar kəməri bombalamağa risk etməzlər, çunki kəmərin arxasında təkcə üç ölkənin deyil, bütövlükdə böyük dövlətlərin maraqları var. - Gürcü əhalisinidə ABŞ-dan hərbi dəstək gəlməsinə ümid varmı? - Gürcüstan xalqı və ölkə rəhbərdiyində bu ümidlər var idi. Bu gün Amerika Gürcüstana humantar yardım göstərir. Mənə elə gəlir ki, müharibə artıq dayanıb. - Bəs paytaxt Tiflisdə atmosfer necədi? - Bütün xalq Gürcüstanın bütövlüyü naminə Saakaşvilinin ətrafında birləşiblər. Bütün dövlət strukturları həmişəkindən gərgin işləyir. Əlbəttə ki, camaat arasında təşviş var, amma hər kəs öz işi ilə məşğuldur. - Saakaşvilin hər zaman kəskin tənqid edən radikal müxalifətin hadisələrə və prezidentin atdığı addımlara münasibəti necədir?
- Bu gün Gürcüstan müxalifəti və Saakaşvilinin daxildəki rəqibləri prezidntin ətrafında birləşiblər və necə deyərlər, çəkici bir yerə vururlar. Ölkədaxili bütün siyasi polemika və dartışmalar dayanıb. Həm iqtdar, həm də müxalifət ölkəni düşdüyü vəziyyətdən çıxramağa çalışır. Dünən parlamentdə Gürcüstanın MDB-dən çıxmaq qərarına yekdilliklə səs verildi.
alexAvqust 12, 2008 10:27
alexAvqust 12, 2008 10:19
Президенты Польши, Литвы, Украины и премьеры Латвии и Эстонии летят в ГрузиюПрезидент Польши Лех Качиньский вылетит во вторник в Грузию.
Об этом сообщил в Варшаве высокопоставленный представитель президентской канцелярии Мариуш Хандзлик.
Он заявил, что Лех Качиньский обсудил по телефону с президентом США Джорджем Бушем детали своей поездки. "Президент Буш выразил полную поддержку миссии господина президента, которая начнется в Тбилиси", - сказал чиновник. В этот же день в Тбилиси планирует прибыть президент Литвы Валдас Адамкус. Информацию об этом подтвердила пресс-служба главы литовской республики. Вылететь в Тбилиси рассчитывает также президент Украины, премьеры Латвии и Эстонии. Их общая цель - "выразить поддержку Грузии, ее народу и президенту Саакашвили". Ранее президент Эстонии Тоомас Хендрик Ильвес, президент Латвии Валдис Затлерс, президент Литвы Валдас Адамкус и президент Польши Лех Качиньский осудили применение военных сил в отношении суверенной и независимой Грузии и пообещали использовать все находящиеся в их распоряжении средства, чтобы о российской военной агрессии в отношении маленького европейского государства не было забыто и чтобы на происходящее реагировали не только пустыми заявлениями.
Məlumat təcili olduğundan onu tərcüməsiz təqdim edirik!
alexAvqust 11, 2008 22:39
Rus hakerləri ANS PRESS saytını dağıtmağa cəhd edirlər
Artıq ANS Şirkətlər Qrupunun İT departamenti bununla bağlı iki cəhdin qarşısını alıb
Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus hakerləri indi də ANS PRESS saytını dağıtmağa cəhd edirlər. Artıq ANS Şirkətlər Qrupunun İT departamenti bununla bağlı iki cəhdin qarşısını alıb. Xatırladaq ki, bu gün Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus hakerləri Day.Az saytını da dağıtmışdılar. Artıq saytın fəaliyyəti bərpa edilib.
Son iki gün ərzində Rusiya xüsusi xidmət orqanları Gürcüstanda informasiya və dövlət saytlarını sıradan çıxarıblar.
/ANS PRESS/
alexAvqust 10, 2008 13:35
Rus tankları Cənubi Osetiyaya daxil olub
Rus tankları Cənubi Osetiyaya istiqamət götürür
«Sülhməramlılara yardım üçün regiona əlavə qüvvələr göndərilib. Bu da qan tökülməsinin dayandırılmasına kömək edəcək»-, Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatında belə deyilir. «Hazırda Cənubi Osetiyada olan Rusiya sülhməramlıları, Rusiya vətəndaşları və tanınmamış respublikanın öz vətəndaşlarına lazımi kömək göstəriləcək. Həmvətənlərimiz və sülhməramlıları öldürülməsinə yol verilməyək»-, bu da Nazirliyin bəyanında göstərilib. Gürcüstan hökuməti Cənubi Osetiyada mülki əhalinin döyüş gedən əraziləri tərk etməsi üçün üç saatlıq atəşkəs elan edib. Atəşkəs yerli vaxtla saat 15.00-da qüvvəyə minib. Gürcüstan rəsmiləri qaçqınların münaqişə zonasından çıxmasına imkan yaradılmasını istəyir. Prezident Mixail Saakaşvili Cənubi Osetiyanın böyük hissəsinin tutulduğunu bəyan edib. Gürcü əsgərləri Cənubi Osetiyanın paytaxtı Sxinvaliyə daxil olublar. Gürcüstanın Daxili İşlər Nazirliyi Rusiyanın ölkənin hava sərhədini pozduğunu və Qori şəhərinə bir neçə bomba atdığını bildirib. Gürcüstan prezidenti Mixail Saakaşvili səhər televiziyayla müraciətində ehtiyatda olan hərbçilərlə bağlı səfərbərlik elan etdiyini deyib. Rusiya prezidenti Dmitri Medvedyev Təhlükəsizlik Şurasınlın təcili iclasını çağırıb. Rusiya həmçinin Osetiyadakı vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili çağırılmasını istəyib. Rusiyanın BMT-dəki səfiri Vitali Çurkinin ofisindən deyiblər ki, müzakirələr yaxın saatlarda keçirməlidir.Gürcüstan hökumətinin bəyanatında isə bildirilir ki, Tbilisi Cənubi Osetiyadakı etnik gürcüləri qorumaq üçün adekvat ölçü götürməyə məcbur olub. Bu arada isə Amerika gürcü və osetin tərəfini atəşi dayandırmağa çağırıb. Gürcüstanın «Rustavi 2» televiziyasına müsahibəsində bunu Amerika Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Metyu Brayza deyib. Brayza bildirib ki, hazırkı dövrdə bizim edə biləcəyimiz yalnız tərəfləri atəşi dayandırmağa çağırmaqdır. Biz başa düşürük ki, Gürcüstan hökuməti xalqı qorumalıdır, ancaq bu vəziyyətdə əsas atəşi dayandırmaqdır.
Cənubi Osetiyadakı vəziyyətlə bağlı BMT baş katibi Ban ki Mun da öz narahatlığını bildirib.