Dəniz Baykal: «Abdulla Gül İrəvandakı soyqırımı abidəsini ziyarət etsin»
«Bununla onu bu səfərə yönləndirənləri və ya İrəvana getməyə razı salanları daha çox xoşbəxt etmiş olar»
Türkiyə ana müxalifətinin lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal, İrəvana səfər etməy niyyətində olan prezident Abdulla Gülü kəskin tənqid edib: «Əgər Ermənistana gedirsə, onda soyqırım abidəsinə də çələng qoysun. Bununla da onu bu səfərə yönləndirənləri və ya İrəvana getməyə razı salanları daha çox xoşbəxt etmiş olar».
Dəniz Baykal, hazırkı prezident Abdulla Gül 1993-cü ildə parlamentdəki dinləmələr zamanı bir çıxış edib: «Abdulla Gülün 1993-cü ildə dedikləri ibrətvericidir. Onun 15 il əvvəl danışdıqları ilə bu günkü sözləri və yanaşmaları ziddiyyət təşkil edir. O gündən bu günə nə dəyişdi? Ermənistan Türkiyənin sərhədlərinimi tanıdı, Türkiyəyə qarşı ərazi iddialarındanmı vaz keçdi? Soyqırımı iddiasınımı geri götürdü? Yoxsa Qarabağ işğalına son qoydu? İşğaldan tam əl çəkdiyini bir kənara qoyaq, işğal ediyi bir neçə kəndin azad edilməsinə təminatmı verdi?. Bunların heç biri olmadı. Dəyişən bir şey yoxdur. Dəyişən o vaxt dediklərini bu gün unudan kişinin Türkiyə prezidenti olmasıdır».

