Həzi AslanovHəzi Aslanov 1910-cu il yanvarın 22- də Lənkəran şəhərində anadan olub. Ibtidai təhsilini şəhər 1 saylı orta məktabində alıb. 13 yaşında atasını itirən həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb, Sonra o komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktabinə göndərilib. 1929 –cu ildə oranı bitirdikdən sonra Leningrad suvari məktabinə daxil oldu. Iki illik təhsildən sora o Kotovsk adına III Bessarabiya süvari diviziyasında bzvod komandiri kimi fəaliyyətə başlayır. Hərb sənətinə möhkəm bağlanan həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm öyrəir həm də öyrədirdi.Ikinci dünya müharibəsi başlananda o Ukraynada xidmət edirdi. 1941 ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə həzi özünü bacarıqli sərkərdə kimi göstərdi. O öz döyüşçüləri ilə Donbass ətrafında düşmənin şiddətli hücümlarünü düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941 ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmənlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa –vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardılar.Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumu dəf etdilər, bir batalyon piyada qoşunu , 30 tankı 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet Ittifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943 cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumarı davam etdirdilər. Aslanovun briqadası iyunun24-dən iyulun 13-dək düşmənə ağür zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə , general özü isə ikinci dərəcəli suvorov ordeninə layiq görüldü.1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə , fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Iki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq , Aleksandr Nevski, Ikinci dərəcəli Suvorov Ordeni, 1 –ci dərəcəli Vətən Müharbəsi ordeni və saysız medallarla təltif edilmişdir.24 yanvar 1945 –ci ildə Həzi məlum quvvəlar tərəfindən qətlə yətirilənədək o vətənə sadig bir əsgər kimi xidmət göstərmişdir. Ölümündən 47 il sonra ikinci Sovet Ittifaqı Qəhrəmanı adı ona verilmişdir.Həzi Aslanovun qəbri bakıda Şəhidlər Xiyabanındadır. Burada qəhrəmanın abidəsi ucaldılmışdır. 1969 –cu ildə Həzinin vətəni Lənkəranda onun ev-muzeyi açılmış.1983 –cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində onun boyük heykəli ucaldılmışdır.

