![]()
"Gürcüstanın ərazi bütovlüyü bərpa edilməli, Cənubi Osetiya və Abxaziya bu ölkənin tərkib hissəsi olmalıdır".
ABŞ prezidenti Corc Buş
Texasdakı bağ evində çıxış edən ağ ev rəhbəri Rusiya prezidenti Dimitri Medvedevin atəşkəs barədə razılaşmanı imzalamasını münaqişənin həll edilməsi istiqamətində ümidverici irəliləyiş kimi qiymətləndirib. Bununla belə o, Rusiyadan həmin sazişin şərtlərinə əməl edərək əməliyyatları dayandırmasını və öz ordusunu geri çəkməsini də istəyib: «Prezident Medvedev razılaşmaya imza atıb. Bu, vacib irəliləyişdir. İndi isə Rusiya razılaşmanın şərtlərinə əməl etməli, əməliyyatları dayandırmalıdır. Əsas məsələ Rusiyanın Cənubi Osetiya və Abxaziyanın Gürücstandan ayrıla biləcəyi barədə rəyidir. Bu ərazilər Gürcüstanın tərkib hissəsidir. Dünya ictimaiyyəti də dəfələrlə bəyan edib ki, bu belə olaraq da qalacaq. Gürcüstan BMT-nin üzvüdür, Cənubi Osetiya və Abxaziya isə onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində olan əraziləridir. Gürcüstanın da sərhədlərinə başqa dövlətlərdə olduğu kimi hörmət edilməlidir. Bu məsələ müzakirə mövzusu ola bilməz».
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanını Xarici İşlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Gürcüstan Cənubi Osetiya və Abxaziyanı unutmalıdır.

