
Ququş həqiqi adı Faiqə Atəşindir (d. 7 fevral 1951-ci ildə, Tehran) Azəri-əsilli İran pop-müğənnisi və aktrisasıdır. 1970-ci illərdə bu ölkənin ən tanınan və sevimli artistlərdən biri olub. İrandan kənar, Qafqazda, Orta Şərqdə və Mərkəzi Asiyada da şöhrət qazanıb.

Ququş 1951-ci ildə Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azəri valideynləri İrana Bakıdan köçmüşdülər. Ququş hələ uşaq olanda, atası Sabir anasından boşandı. Canbaz və əyləndirici artist olan Sabir kişi yaşı üçün mükəmməl səsə malik olan qızını tez-tez özüylə səhnəyə çıxarır ona mahnılar oxutdururdu. Sonralar Ququş şah sarayında və məclis-i şahanələrdə çıxış etməyə başlayır.

7 yaşından filmlərdə çəkilir. 1971-ci ildə Fransanın Kann şəhərində fransız dilində ifa edilən "Retour de la vie" və "J'entends crier je t'aime" mahnılarına görə birinci yer tutdu. Azərbaycanda Rəşid Behbudovun oxuduğu "Ayrılıq" (mus. Əli Səlimi, söz. Şəhriyar) mahnısının ifasıyla daha çox tanınılır.Ququş fars, azəri, igilis, fransız, ispan, italyan dilində oxuyurdu. Bu dilləri bilməsə də, mahnıları İtaliyada və Cənubi Amerikada müvəffəqiyyətə nail oldu. İranın özündə Ququş müasirlik, dəb və mədəni tərəqqi rəmzinə çevrildi. Yerli qadınlar onun geyim tərzinə, "ququşi" adlanan saç düzümünə mütəbəə edirdilər.
Lakin 1979-ci ildə islam inqlabı Ququşun musiqi və kino fəaliyyətini 21 illik dayandırdı. 2000-ci ildə Ququş Şimali Amerikaya köçüb sənətini davam etdirməyə başladı. İki ildən sonra onun Uzun gecə filmində ifa etdiyi "Qərib-i Aşina" mahnınsı BBC tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazandı.

Ququş dörd dəfə ərə getmişdi. Birinci nigahdan Kəmbiz adlı oğlu var. Ququş hazırda Kanadada yaşayır lakin ABŞ-da və digər ölkələrdə tez-tez konsert proqramları ilə çıxış edir və fəaliyyətini davam etdirir.

