Sabah Ankarada Məhəmməd Əmin Rəsulzadənin abidəsinin açılışı olacaqTədbirdə Nəsiman Yaqublu, “Müsavat” Partiyasının başqanı İsa Qəmbər və M. Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə iştirak edəcək
Mayın 28-də Türkiyənin paytaxtı Ankarada Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin abidəsinin açılışı olacaq. "Müsavat" partiyasının başqanının müavini Arif Hacılının ANS PRESS-ə verdiyi məlumata görə, tədbirdə Cumhuriyyət dövrü tədqiqatçılarından Nəsiman Yaqublu, “Müsavat” Partiyasının başqanı İsa Qəmbər və M. Ə. Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə iştirak edəcək. Qeyd edək ki, tədbir Rəsulzadənin 1949-cu ildə yaratdığı Azərbaycan Mədəniyyəti Mərkəzi tərəfindən təşkil edilib.
Azərbaycanın Xarici İşlər Nazirliyin və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə adı çəkilən qurumlardan rəsmi şəxslərin iştirakı gözlənilmir.
Aytən Həmidova /ANS PRESS/

