Süleyman Rüstəm
Rüstəmzadə Süleyman Əliabbas oğlu Onun qayğısız uşaqlıq illəri öz doğma kəndi Novxanda mavi Xəzərin sahilində keçmişdir.Süleyman Rüstəm – şair, dramaturq, 1934-cü ildən ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1943), Azərbaycanın xalq şairi (1960), SSRİ dövlət Mükafatı Laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976).1906-cı il martın 12-də Bakıda anadan olmuşdur. ADU-nun Şərq fakültəsinə daxil olmuşdur, 1929-cu ildə ADU-nun Şərq fakültəsindən I Moskva Dövlət Universitetinin ədəbiyyat və icnəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Biricni çağırış Azərbaycan Ali sovetinə deputat seçilmişdir (1938). Bundan sonra bütün çağırışlarda xalq elçisi olmuşdur.M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), «Ədəbiyyat qəzeti»nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinə, «Azərbaycan», «Kirpi» jurnallarının və «Sovetski pisatel» nəşriyyatının redaksiya heyətlərinə üzv seçilmişdir.Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki «Qırmızı Əmək Bayrağı» ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. 1971-ci ildən Ömrünün axırınadək Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində çalışmışdır.Ələmdən nəşəyə (1927), Addımlar (1930), Şairin səsi (1934), Ulduzlar (1934), Gecənin romantikası (1938), Ana ürəyi (1942), Ana və poçtalyon (1943), Gün o gün olsun ki... (1943), İki sahil (1954), Sülh nəğmələri (1951), Lirik şeirlər (1956), Bahar düşüncələri (1964), Qafurun qəlbi (1970), Günəşli sahillərdə, (1963), Bir az da məhəbbətdən (1966), Durna (komediyalar (1963), «Seçilmiş əsərləri» (4 cilddə, 1969-1972), Könül (1970), Günəşli yollarda (1972), Xəzərimin səhəri (1976), Ürəyimin gözüylə (1977), Mənim günəşim (1980), Cənub həsrəti (1982), Ürək döyüntüləri (şerlər) (1984), Təbrizim (şerlər və poemalar) (1986), Azərbaycana gəlsin (şerlər) (1988) və s. kitabların müəllifidir.1989-cu il iyunun 10-da vəfat etmişdir.

