Uels şahzadəsi ledi Diana Frensis Spenser. 1 iyul 1961-ci ildə Sandrinqemdə Norfolk qraflığında anadan olmuşdur.Ailələrində dörd uşaq var idi üç qız və bir oğlan. 1975-ci ildə Diananın valideyinləri boşandılar. Diana öz təhsilini çox prestijli bir İsveçrə kollecində alır və Britaniyaya qayıdandan sonra elit bir uşaq bağçasında tərbiyyəçi olur. Elə bu vaxtlar o, həyatında çox böyük rol oynayacaq və kardinal dəyişikliklərə səbəb olacaq bir nəfərlə İnqiltərə vəliəhdi şahzadə Çarlzla tanış olur bu xəbər ölkənin ən çox müzakirə olunan xəbərinə çevrilir.
Nəhayət 29 iyul 1981-ci ildə şahzadə Çarlzla Diananın nigahı baş tutur.21 iyun 1982-ci ildə onların ilk övladı şahzadə Uilyam dünyaya qəlir.Şahzadə Diana bu zaman xeyriyyəçiliklə aktiv məşğul olur və Britaniya ittifaqı ölkələri və digər ölkələrə səfər edir.15 sentyabr 1984-cü ildə ailənin ikinci övladı şahzadə Harri dünyaya qöz açır. Lakin bir zamanlar “əsrin romanı” və “əsrin nigahı” adlandırılan bu nigah artıq dağılmaq üzrə idi və 90-cı illərin ortalarına yaxın artıq nigahın sonunun qəlməsi heç kəsdə şübhə doğurmurdu. 28 avqust 1996-cı ildə onlar rəsmən boşandılar, kraliça Yelizavetta öz xüsusi fərmanı ilə Dianaya ömürlük şahzadə titulunu verdi.
Boşanmadan sonra Diana xeyriyyəçilik fəaliyyətini davam etdirir o bir çox xeyriyyə təşkilatlarının sədri və fəxri sədri idi o afrika asiya ölkələrinə səfər edir ağır xəstələrlə bilavasitə ozü görüşür, qiçs-ə yoluxanlara köməklik edir vəsait toplayır.

Ərindən boşandıqdan sonra bir neçə nəfərlə qörüşür lakin bu münasibətlər uzun müddətli olmur və nəhayət Misir əsilli iş adamı Məhəmməd əl Fayedin oğlu Doddi əl Fayedlə qörüşməyə başlayır mətbuatda münasibətlərin ciddi olması və hətta nigah haqda xəbərlər yayılır 1997-ci ilin avqustunda Diana məşuqu ilə birgə Parisə gəlir vu burada qaldığı Ritz otelindən çıxaraq maşınlarına əyləşirlər və yerli vaxtla saat 00.27 də yer altı keçiddən keçərkən qəzaya düşürlər.

Diana və Doddi əl Fayed bu qəzada həlak olurlar simvolikdir ki Diananın Mersedesinin çarpdığı sütün yer altı keçidin 13-cü sütunu idi.

