Yusifli Rafiq Mirzəbala oğlu. Rusiya Federasiyası Dövlət Tibbi-Texniki akademiyasının akademiki, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru professor.18 iyun 1947-ci ildə Bakı şəhərində anadan olub 1971-ci ildə Azərbaycan Tibb universitetini fərqlənmə ilə bitirir, əsas ixtisası saçların və saç xəstəliklərinin tətqiqi həmçinin məhkəmə tibbi. 1972-ci ildə Rafiq Yusifli “Məhkəmə Tibbi” Kafedrasında pedaqoji fəakiyyətə başlayır. 1977-ci ildə Moskva öz dissertasiyasını müdafiə edir. 1979-cu ilin sentyabrında kafedranın dosenti seçilir.1985-ci ildə Rafiq Yusifli Doktorluq dissertasiyasını müdafiə edir və Azərbaycan tarixində ilk dəfə “Məhkəmə Tibbi” sahəsində elmlər doktoru olur. 1888- ci ildə isə ona professor elmi rütbəsi verilir.1995-ci ildə Rafiq Yusifli Azərbaycan respublikası Səhiyyə Nazirliyi nəznindəki “Tibbi Məhkəmə Ekspertizası Bürosu”-nun rəhpəri təyin olunur, həmçinin Azərbaycan respublikası Səhiyyə nazirliyinin baş məhkəmə tibbi ekspeti olur.Bundan əlavə Rafiq Yusifli “Tibb və Dünya” beynəlxalq assosiasiyasının üzvü, Lütvi Zadə adına “Müasir Elmlər Akademiyasının” akademiki, Azərbaycan respublikasının əməkdar elm xadimidir.Həmçinin İsrail dövlətinin "Mymonidas" medalı ilə təltif olunub.

